Xəbərlər

XEYRİYYƏ MƏQSƏDİ İLƏ KEÇİRİLƏN AUKSİONDA FİAT AVTOMOBİL ŞOUSU

15 September 2015

NEWS 1

İnsan hüquqlarını müdafiə edən “Robert F. Kennedy Avropa İnsan Hüquqları” Fondunun dəstəkləndiyi xeyriyyəçilik qalasının “I Defend Gala 2015” (“Mən Qalanı Müdafiə edirəm”) adlı ilk tədbirində yeni 500 avtomobili Monte Karlonun diqqət mərkəzində olacaq.

“I Defend Gala 2015” iyunun 16-sı Monte Karloda, möhtəşəm Riva Tunnel mühitində baş tutacaq: “Robert F. Kennedy Avropa İnsan Hüquqları”nın yardımı ilə keçirilən gecə əsas insan hüquqlarının universal dəyərlərinin müdafiəsinə həsr olunub. Fərdin dəyişiklik yaratma gücü və strateji tərəfdaşlıqlar vasitəsilə insan hüquqlarının müdafiəçilərinin dəstəklənməsi təşkilatın əsas prioritetləridir.

FCA uzun müddətdir ki, bir çox layihələrdə dəstəklədiyi davamlı mobillik və təhsil kimi fərqli əhəmiyyətli məsələlərə önəm verir. O, “I Defend Gala 2015” tədbirində 100-dən çox ölkədə satılan qlobal simvol kimi, FCA-nın dünya miqyaslı korporativ xarizmasının mükəmməl emblemi, uğurlu iş ortaqlığına, fərqli millətlərə və mədəniyyətlərə əsaslanan Yeni 500 modeli ilə iştirak edəcək. Tədbirin əsas anı Fiat avtomobil şousuna, yəni tədbir müddətində auksiona çıxarılacaq, zavoddan yenicə çıxmış ilk Yeni 500 modelinə ianə verilməsi olacaq.

1.2 litr tutuma, 69 AG mühərrikinə və bəzəkli salona malik bu dəyişə bilən “Bossa Nova White” avtomobili yeni 500 avtomobili kimi İtalyan məhsullarının mükəmməlliyini dəridən istifadə edərək ifadə edən təcrübəli Umbriya ustası Stefano Conticelli bacarığı və istedadı ilə fərdiləşdirilib. Avtomobil eksteryerin xüsusi dəri işləmələrlə fərqləndirilmişdir. Elementlərin dayanıqlığına uyğun olaraq emal olunan bu xüsusi materialın təbii sarı qızılı rəngi avtomobilin simvolik dəb elementlərini artırır: təkər qövsləri, arxa işıq klasterləri, faralar və xrom örtüklü bığcıqlar. Baqaj qapağına yerləşdirilən piknik səbəti eyni materialdan hazırlanır, yan güzgü qapaqlarının örtüyü isə qırmızı ağac materialındandır. Pəncərənin altı ilə uzanan mavi işləməli profil və xətt ilə birlikdə bu material məşhur Riva yaxtalarını xatırladır.

İlk prestijli xeyriyyə qalası incəsənət və qastronomiyanı birləşdirəcək və burada hər biri etik və insan hüquqlarının müdafiəsinə töhfə verən bir çox məşhurlar və beynəlxalq şöhrətə malik sənətkarlar iştirak edəcək. Gecə “Robert F. Kennedy İnsan Hüquqları” Fondunun Prezidenti, aktrisa və yazıçı Robert Kennedinin qızı Kerri Kennedi tərəfindən aparılacaq. Onun açılış nitqindən sonra amerikalı fotoqraf Harri Bensonun fotoları və Mişelangelo Pistolettoya aid sənət əsəri də daxil olmaqla prestijli incəsənət nümunələri ilə xarakterizə olunan 10 lotdan ibarət auksion başlayacaq:

Bunun ardınca məşhur aktyor Martin Şin və aktrisa və TV aparıcısı Giorgia Surina kimi bir çox İtalyan məşhurları da daxil olmaqla 200-dən çox beynəlxalq qonağın düşüncələrində və ağız dadında unudulmaz xatirə kimi qalacağı düşünülən qala yeməyi təşkil olunacaq. Menyu qastronomiya dahisi Qualtiero Marçesi tərəfindən hazırlanacaq və bu menyu İtalyan mətbəxinin əzəmətini nümayiş etdirəcək.

Axşam saatlarında səssiz auksion keçiriləcək, burada cəlbedici şəxsi əşyalar üçün təkliflər rəqəmsal cihazlar vasitəsilə veriləcək və daha 30 lot auksiona çıxarılacaq. Səssiz auksion ilə yanaşı, İlaria della Bidianın musiqisi səslənəcək və insan hüquqlarının görkəmli müdafiəçilərinin həyatlarından və əsərlərindən danışılacaq. Təbii olaraq, tolerantlığı, bilik mübadiləsini və fikri ifadə etmə azadlığı məsələlərini irəli çəkmək üçün Fond tərəfindən həyata keçirilən tədbirlər təsvir ediləcək və əyani olaraq göstəriləcək.

Fiat-dan YENİLİKLƏR