Xəbərlər

FIAT TIPO ARTIQ BAKIDA!

05 July 2017

613A0131-min

Autolux Azərbaycan MMC avtomobil həvəskarlarını daha yeni bir modellə – Fiat Tipo sedanı ilə tanış etdi. Bundan əlavə model daha 2 versiyada buraxılır – Fiat Tipo hetçbek və Fiat Tipo Universal. Yaxın gələcəkdə Autolux Azərbaycan MMC satış nümayəndəliyində digər iki versiya ilə də tanış olmaq mümkün olacaq.

Türkiyə istehsalı olan bu model Türkiyə bazarında Egea, Avropa bazarında isə Tipo adı ilə tanınır . Bu modelin satış həcmi 1988 – 1995-ci illərdə 2 milyondan artıq olub və hətta 1989-ci ildəTipo “ ilin avtomobili ” adına layiq görülmüşdür.

Bu gün gördüyümüz C seqmentinə aid olan kompakt, funksional Tipo sedan 1,6 litr həcmli mühərrik və 6 pilləli sürət qutusu ilə təchiz olunub.

Autolux Azərbaycan MMC şirkətinin nümayəndələri yeni Tipo modelinin Azərbaycan bazarında populyar“ailə avtomobili” olacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, Fiat Tipo modeli və Autolux Azərbaycan MMC-də satışda olan digər modellər müştərilərə sərfəli kredit şərtləri ilə təklif olunur. Şərtlər 5 ilədək kredit müddətindən , ilkin ödəniş 20% və illik 17% -dən ibarətdir.

Kredit şərtləri və avtomobil haqqında daha ətraflı məlumatı 983 qısa nömrəsinə zəng etməklə və ya Ü.Hacıbəyli, 57 C ünvanında yerləşən satış nümayəndəliyinə yaxınlaşıb əldə edə bilərsiniz.

Fiat-dan YENİLİKLƏR