Xəbərlər

FCA ƏTRAF MÜHİT: İDARƏETMƏDƏ DƏYİŞİKLİK KONSEPTİNƏ HƏSR OLUNMUŞ MİLAN EXPO 2015-DƏ

04 June 2015

NEWS 3

Dünya Ətraf Mühit Günü münasibətilə FCA – Milan Expo 2015-in Rəsmi Qlobal Partnyoru – “Ətraf Mühit: idarəetmədə dəyişiklik və innovasiya” mövzusuna həsr olunmuş dəyirmi masa keçirəcək. Spikerlər arasında ətraf mühit və enerji sahəsindən ekspertlər və yüksək dərəcəli akademiklər olacaq. Bu tədbirdə FCA avtomobil dünyasında ilk olan davamlılığa həsr olunmuş planşet və smartfon tətbiqlərini təqdim edəcək. Bu, planetimizin resurslarından sahibkarın məsuliyyətlə istifadəsini ölçən əyləncəli bir oyundan ibarətdir.

“Ətraf mühit: idarəetmədə dəyişiklik və innovasiya” mövzusu Milan Expo 2015 çərçivəsində təşkil olunan dəyirmi masa üçün Fiat Chrysler Automobiles tərəfindən seçilib. Tədbir planetimizin resursları ilə bağlı məsələlərin əks etdirilməsi üçün ətraf mühitə həsr olunmuş simvolik gündə, iyunun 5-də baş tutacaq. Bu gün FCA-nın illərdir bizi əhatə edən ətraf mühit ilə bağlı vəzifəsini necə tam yerinə yetirdiyini təsvir etmək üçün bir imkan olmalıdır. Əslində, davamlılıq şirkətin hər zaman prioritetlərindən biri olub. Bunu şirkətin dünyadakı 165 zavodunda nail olunmuş ətraf mühit barəsində böyük sayda maarifləndirmə təşəbbüsləri, ən yüksək istehsal standartlarının həyata keçirilməsi və təkcə 2014-də 3.7 milyard Avronun tədqiqat və inkişafa yatırılması sübut edir. Bu, dünyanın 150-dən çox ölkəsinə yayılmış milyonlarla maraqlı tərəflərin xeyrinə olan məhsulların innovasiyasına və əlverişli istifadə imkanlarına diqqət edilməsi, eyni zamanda davamlı mobillik və bir çox digər məsələlər ilə bağlı təşəbbüslər ilə müşayiət olunur. Geniş yayılmış bu fəaliyyət həmçinin ən prestijli təşkilatlardan və davamlılığın qiymətləndirilməsi agentliklərindən illərdir qəbul olunan minnətdarlıqlar ilə də təsdiqlənir. FCA Climate Disclosure Leadership Index (CDLI) İtaliya 100 indeksinin liderləri arasında yenidən yer alması ilə yanaşı, prestijli Dow Jones Sustainability Index (DJSI) Dünya indeksində, həmçinin Climate Performance Leadership Index (CPLI) indeksində təsdiqlənib.

Dəyirmi Masaya dekumanus (Expo daxilində əsas uzun bulvar) yoluna baxan Oriental bağ kimi müəyyən edilmiş və maksimum panorama təmin etməsi üçün dizayn olunmuş xarici məkan imkanına görə seçilən Qatar Pavilion ev sahibliyi edəcək. Axşam vaxtı 5:30-dan Oryx Teatrı Expo qonaqlarına əsas nümayəndələr arasında aparılacaq debatın ən son mövzularının müzakirəsində iştirak etmək imkanı təklif edir. Spikerlər arasında Enerjinin Səmərəli İstifadəsi üzrə İtaliya Federasiyasını (FIRE) təmsil edən Daniele Forni, iqlim dəyişikliyi ilə bağlı ətraf mühitə təsirin getdikcə səmərəli şəkildə azaldılması naminə son 14 ildir fəaliyyət göstərən qeyri-hökumət təşkilatı CDP-dən Katharina Luetkehermoeller; Milanda Bokkoni Universitetindən idarəetmə, innovasiya və ətraf mühit eksperti Fabio Iraldo yer alacaq.

Aşağıda adı çəkilənlər FCA adından iştirak edəcək: Simone Cencetti – Ətraf Mühit, Sağlamlıq və İstehsalatda Təhlükəsizlik üzrə Rəhbəri, EMEA və Qlobal Koordinasiya, İstehsalat Energetikası, İnşaat & Ümumi Xidmətlər bölümündən Silvano Çiapino – EMEA və Qlobal Koordinasiya, Danilo Giraudo – İtkinin azaldılması & Biznes İnkişan Meneceri və Davamlılıq Meneceri Laura Viada. Debatın aparıcısı La Stampa qəzetinin jurnalisti Antonella Mariotti olacaq.

FCA tərəfindən hazırlanmış Davamlılıq proqramına həsr olunmuş bugünədək ilk olan APP (Tətbiq) iyunun 5-də fcagroup.com və Qrupun sosial media səhifələrində işıqlandırılacaq. Tətbiqi pulsuz yükləmək mümkün olacaq (http://www.fcagroup.com/sustainabilityapp). Bu tətbiq həm Android, həm də iOS planşetlərində və smartfonlarında istifadə olunması üçün hazırlanıb. Fərdi kompüterlər üçün də uyğun olan bu tətbiq istifadəçinin planetin ən qiymətli resurslarından birini, məsələn suyu necə istehlak etdiyindən xəbərdar olması və ona diqqət etməsi səviyyəsinin ölçülməsinə həsr olunmuş interaktiv oyundan ibarətdir.

İyunun 5-də keçiriləcək tədbir FCA-nın Expo Milan 2015-də önə çəkiləcək məsələ olan davamlılığa həsr olunmuş fəaliyyətlər sırasında ilkdir. Bir neçəsi ictimaiyyətə açıq olduğu halda, digərləri əhatə olunan mövzuların xüsusi mahiyyət daşımasından asılı olaraq sənaye ekspertlərinə aid olacaq. Bütün məlumatlar fcagroup.com vebsaytında davamlılığa həsr olunmuş bölmədə yerləşdiriləcək.

Turin, 4 iyun 2015

Fiat-dan YENİLİKLƏR