Xəbərlər

FCA İLK “PARCO VALNENTİNO”AVTOMOBİL ŞOUSUNUN QRAN PRİ TURNİRİNDƏ

08 June 2015

NEWS 2

11-14 iyun aralığında baş tutacaq tədbirdə Fiat, Alfa Romeo, Lancia, Abarth və Jeep avtomobilləri iştirak edəcək. İtaliyanın ilk ictimai parkında keçiriləcək avtomobil şousundan əlavə bazar günü Reggia di Venaria bağlarında ən qeyri-adi klassik avtomobillərin paradı keçiriləcək.

FCA iyunun 11-dən 14-ədək ilk ‘Parco Valentino avtomobil şousunun Qran Pri Turnirində iştirak edəcək. 2015 proqramında Avropanın İdman Paytaxtı və FCA və CNH şirkətlərinin Rəsmi Qlobal Tərəfdaş olduğu Milan Expo 2015 müddətində təqvimi tədbirlərlə dolu Turin tədbirin əsas hissəsidir.

Hər il keçirilən Goodwood Festivalı (BK) və digər beynəlxalq tədbirlərdən ilhamlanan bu tədbir iki xüsusiyyətinə görə fərqlənir. Birincisi İtaliyanın ən qədim ictimai parklarının olduğu Turində ən yeni məhsulların nümayiş olunması əsas avtomobil istehsalçıları üçün imkandır. Giriş cümə axşamından bazar gününədək saat 10-dan gecə yarısına kimi pulsuz olacaq. Bazar günü ayın 14-də baş tutacaq paradda hər bir brendin ən yaxşı modellərinin Turinin mərkəzindən Venaria Reale Qalasınadək 15 kilometrlik cərgədə düzülməsi tədbiri daha dinamik bir zirvəyə qaldıracaq.

 

Valentino Parkı 1935-ci ildən 1955-ci ilədək Parco del Valentino Qran Prisinə ev sahibliyi edib. Bugün Fiat, Alfa Romeo, Lancia, Abarth və Jeep keçmişin bir çox yarış avtomobillərinin rəqabət apardığı cərgədə ən gözəl modellərini nümayiş etdirəcək. Fiat 500X, Alfa Romeo 4C Spider, Abarth 695 Biposto, simvolik Jeep Wrangler və yeni Lancia Ypsilon ’30th Anniversary’ kimi hər zövqə və tələbə uyğun modellər var. Satış sahəsi park xiyabanları boyunca bütün FCA brendlərinin Avropadakı xidmətlər, ehtiyat hissələri, aksesuarları və müştəri xidmətləri üçün hal-hazırda istinad etdiyi tarixi BŞ brendi Mopar tərəfindən yaradılacaq.

Yarışdakı nəticələrinə görə məşhurlaşmış bir neçə klassik avtomobillər də həmçinin şouda nümayiş olunacaq: Alfa Romeo 155 V6 DTM və Giulia GTAm, Lancia Stratos və Fulvia Coupé HF, Fiat 131 Abarth Rally və 124 Abarth Rally. Bu avtomobillərin bir neçəsi Abarth prototipi 695 Gumball və 695 EVO ilə birlikdə şəhərin mərkəzi küçələrindən Piazza San Karloyadək 3 km uzanan ən qısa Motorsport bölməsində parada çıxarılacaq.

İtaliyanın ən qədim və Turinin ən məşhur ictimai parkında yeni avtomobil şousu

Parkın üç girişinə avtomobil yarışı tarixinin ən unudulmaz səhifələrindən bir neçəsini yazmış üç əfsanəvi sürücünün adı verilib: Nuvolari, Villoresi və Ascari. Bir daha yenidən avtomobillər 1935-ci ildən 1955-ci ilədək dövrün Qran Prisinin səhnə aldığı yollarda baş tutacaq yeni, eleqant tədbirin ulduzları olacaq.

Alfa Romeo

Adəti üzrə Alfa Romeonun iştirakı yüksək təsirə səbəb olur. Onlar hal-hazırda istehsal olunan dörd Alfa Romeo modelini nümayiş etdirəcək: 4C Coupé və 4C Spider super avtomobilləri, yeni Giulietta Sprint və MiTo Racer xüsusi seriyası.

Alfa Romeonun nümayiş olunacaq əvəzolunmaz ulduzları arasında 4C Coupé və Cenevredə Beynəlxalq Avtomobil Şousu ərəfəsində EMEA (Avropa, Yaxın Şərq və Afrika) bazarı üçün təqdim olunan açıq-hava inqilabı yaratmış 4C Spider modelləri də var. 4C-nin hər iki modeli nəfəs kəsici üslubun və mükəmməl performansın birləşməsi ilə brendin idman üslubunu əks etdirir. Karbon lifli monokok və gövdədə alüminiumdan və mürəkkəb materiallardan zəngin şəkildə istifadə olunması sayəsində 4C-nin çəki-güc nisbəti 4 kq-dan daha azdır. Arxa təkər idarəetməsi və 4 silindrə, birbaşa inyeksiyaya, 240 AG-nə malik turbinli ortaya quraşdırılmış mühərrik yolda super avtomobil performansının yaradılması üçündür: 257 km/saat maksimum sürətə, 4,5 saniyəyə 0-100 km/saat sürətlənməyə, 1.1 q kənar sürətlənməyə və əyləcləmə zamanı 1.25 q maksimum yavaşlamaya malikdir.

Turin Avtomobil Şousunda bazara çıxarılan Giulietta Sprint modelinin 60 illiyi qeyd olunacaq. Avtomobil bazara çıxarıldığı gündən tezliklə dünya miqyasında fanatlar qazandı və bir çoxlarında bir Alfa Romeo avtomobilinə sahib olma arzusu yaratdı. Bu gün Giulietta Sprint cəsarətli görünüşü, həyəcanlı sürücülük təcrübəsi, mükəmməl texnologiyası və daha da təkmilləşdirilmiş aerodinamik səmərəliliyi ilə estafeti ələ alır. Alfa Romeonun sürücülük məmnuniyyəti innovativ arxitekturası və özünün bir çox elektron sistemləri ilə xarakterizə olunan MultiAir ailəsinə ən son qatılmış yeni 1.4 litr və 150 AG-yə malik mühərrik ilə təmin olunur.

MiTo həmçinin əsl “Alfa ruhunu” təmsil edir və Racer ilə bunu daha incə şəkildə göstərməyi bacarır. Yeni xüsusi seriya eleqant mat xrom örtüklü qapı dəstəkləri və arxa və ön işıq klaster çərçivələri ilə xarakterizə olunur. İdman üslublu bamper, 17″ disklər, spoiler və xrom örtüklü səsboğucu cəlbedici görünüşü tamamlayır. Daxildə, MiTo Racer retro görünüşlü qəhvəyi eko-dəri üzlüyə və dəbli sükan ilə yaranan idman üslublu qaranlıq atmosferə malikdir, baş qoruyucu dayaqlar üzərində Alfa Romeo loqosu təsvir olunub.

Fiat
Fərqli yaşlarda və zövqlərdə olan müxtəlif müştərilər tərəfindən qiymətləndirilən modellər silsiləsinə malik Fiat da əsas diqqət mərkəzində olacaq, lakin bütün diqqət funksionallığa və cəlbedici İtalyan dizaynına yönələcək. Beləliklə, hər zaman dünya ilə bağlı rahat və yüksək performansa malik avtomobildə İtalyan dizaynının tam üslubunu və özünü əks etdirən yeni Fiat krossoveri 500X avtomobilini qarşılayın. Tədbir müddətində əsas diqqət ən yaxşı üsluba və sinfində ən yüksək avadanlıq paketinə malik Cross Plus modeli üzərində cəmlənəcək. Eyni mükəmməlliyi sadəcə bir düyməyə basmaqla açılan kapotun altında görmək mümkündür. Tam Açarsız Sistem texnologiyası 9 sürətli avtomatik transmissiyanın və 4 təkərli idarəetmənin kombinasiyasından yaranan güclü, əlverişli 140 AG-li 2.0 Multijet mühərrikini işə salır. Nümayişdə məşhur su keçirməyən jaketlərin istehsalçısı ilə tərəfdaşlıq çərçivəsində yaradılmış yeni funksional, rəngli xüsusi model olan Panda K-Way avtomobili də iştirak edəcək. Modelin cəsur xarakteri titan boyalı detallarla və 4 rəng seçiminə malik güzgü qapaqları və təkər diskləri ilə ortaya çıxır. Bu detallar Pandanın məşhur davamlılığına və praktikliyinə üstün özəlliklər qazandırır.

Şübhəsiz gözəl görünüşlü detallara malik Valentinoda nümayiş olunan Fiat 500 Vintage ’57 avtomobili 1957-ci ildə təqdim olunan avtomobil simvoluna bir töhfədir və öz sələfinin köhnə dəbli görünüşünü son dərəcə xatırladır. Onun bəyaz tavan, spoyler, antena və güzgüləri ilə ahəng yaradan pastel mavisi rəngi və tütün rəngli Poltrona Frau dəri örtüyü kimi. Avtomobil xaricdən və sükan üzərində retro dəbli Fiat nişanları, bəyaz alətlər paneli və 16″ bəyaz və xrom örtüklü yüngüllehimli təkər disklər ilə dekor edilib.

Fiat komandası hər gün bir-biri ilə yarışmağı sevən iki mükəmməl qoruyucu ruha sahib 500 ailəsinin bir davamçısı olan xüsusi Fiat 500L Trekking avtomobili ilə tamamlanır: şəhərdən meh kimi ötüb keçmək üçün bir metropolitan və bir macərapərəst, həyatı daha da dəyərli edən kiçik həftəsonu hissləri üçün mükəmməl seçim. Nümayiş olunan model 120 AG-yə malik 1.6 Multijet turbo dizel mühərrikinə malikdir və 17″ yüngüllehimli disklər, iki rejimli temperatura nəzarət sistemi, kruiz kontrol və ASR (Sürüşməyə Qarşı Sistem)/MSR (Mühərrikin Sürtünməyə Nəzarət Sistemi), ABS (Antiblok Əyləc Sistemi) + EBD (Elektron Əyləc gücünün Paylanması) sistemləri ilə yanaşı ESC elektron sabitlik proqramı kimi standart avadanlıqlar ilə təchiz olunub.

Lancia
Zərifliyin bir sözlə ifadə olunduğu, xanım sürücülərin zövqlərinə uyğun yenilik və diqqəti əks etdirən Lancia brendi bu fürsəti qaçırmadı. Görünür, bu il otuzuncu ildönümünü qeyd edən və İtalyan qadınları tərəfindən yüksək qiymətləndirilən Lancia Ypsilon avtomobili ulduz olacaq. Valentinoda iki xüsusi model, Ypsilon ELLE və Ypsilon ’30th Anniversary’ avtomobilləri nümayiş olunacaq. Birincinin adı eyni adı daşıyan jurnal ilə əməkdaşlığından qaynaqlanır. Avtomobildə qlamur və eleqantlıq birləşir və ELLE oxuyucuları kimi məharətli və zərif qadınlar üçün idealdır. Xüsusi rənglər və qara xrom örtük, 15″ antrasit örtüklü yüngüllehimli disklər və ya 16″ antrasit örtüklü Cipria rəngli disklər kimi qiymətli və dəbli detalları ilə, eyni zamanda dayaqlar üzərindəki eksklüziv sınıq qəfəs qrafikası ilə fərqli və qeyri-ənənəvidir. Salonun xüsusi dəri və Alcantara üzlüyü klassik Lancia eleqantlığına nümunədir.

Dörddən çox nəsli ilə otuz ildən çoxdur ki, yaddaşlarda güclü təsəvvür yaratmış ikinci xüsusi model 2.7 milyon satışı ilə tarixi uğurunu qeyd edir. Ən yaxşı Lancia ənənəsi ilə dayaq üzərindəki bayram nişanı və gözəl bir Oltremare mavi rəng seçimi təqdim edən yeni model 1985-ci ildə bazara çıxarılan ilk model kimi tələbə uyğun olaraq qara antrasit effektli 15” yüngüllehimli disklərə və qara baqaj qapağına malikdir. Salonun eleqant qara və ya bej parça və Castiglio üzlüyünü və tam standart avadanlıqlarını qeyd etməyə dəyər. Ypsilon ELLE və Ypsilon ’30th Anniversary’ illərdir autentik dəb simvolu, bir dizayner nümunəsi və zamana uyğunlaşan avtomobil olduğunu sübut edən bir modelin cəlbedici özəlliklərini inkişaf etdirmək üçün yaradılan mükəmməl versiyalar ilə Lancia “dəbli şəhər avtomobili” eksklüziv xarakterini yenidən ortaya çıxarır.

Abarth
Abarth “mexaniki mükəmməllik” ilə onu məşhurlaşdıran iki avtomobilini nümayiş etdirəcək: bu, bəzilərinin qeyri-mümkün gördüyü çətinliklərdən keçərək və qalib olaraq özünü daim yeniləyən bir brenddir. 695 Biposto və 595 Competizione Carlo Abartın devizini ən yaxşı şəkildə ifadə edən avtomobillərdir: “Bazar günləri yarış cığırlarında, Bazar ertəsi ofisdə”.

695 Biposto yol və yarış avtomobilinin mükəmməl ahəngini əks etdirir. 997 kq çəkisi və 190 AG qeyri-adi performans təmin edir. Onun yüksək fəaliyyəti aydın görünür. Sadəcə minin və balıqqulağı formasında olan mat boz Sabelt yarış oturacaqlarında oturun, dörd nöqtədən bərkidilən təhlükəsizlik kəmərini bağlayın və Akrapovic Dual Stage işlənmiş qazının səsini dinləyin. Əsl əyləncə, həyəcan və İtalyan üslubunda dizayn vəd edən və mükəmməl super avtomobil texnologiyası ilə təchiz olunan bu avtomobil heç bir halda güzəştə getmir: düşünülmüş şəkildə ərsəyə gələn sərnişin bölməsi, mükəmməl sürücülük erqonomikası və dişli muftaya malik sürət qutusu ilə çəki azaldılması.

 

Abarth 595 silsiləsinin ən sonuncu və ən yaxşı performansa sahib avtomobili 595 Competizione Cabrio 225 km/saat maksimum sürətə və 6.7 saniyəyə 0-100 km/saat sürət yığmağa imkan verən 180 AG təqdim edir. Bütün bu gücdən panoramalı damın açılması ilə və tam təhlükəsiz şəkildə açıq havada da yararlanmaq olar. Standart alətlərə yüksək performanslı Brembo əyləcləri, 6 təhlükəsizlik balışı, duman işıqları, sabitliyə nəzarət sistemi, xenon faraları və şin təzyiqini izləmək üçün TPMS (Şin Təzyiq Monitorinq Sistemi) daxildir.

Jeep
İlk dəfə keçirilən ‘Parco Valentino – Avtomobil Şousu & Qran Pri’sində iştirak edənlər indiyədək ən çox mükafata layiq görülən SUV silsiləsini təmsil edən Jeep nümunələrini də görəcək. Simvolik Wrangler, Cherokee (medium SUV), Renegade (İtaliyada hazırlanan ilk Jeep) və Grand Cherokee (Jeep flaqmanı) diqqət mərkəzində olacaq.

Simvolik Jeep Wrangler “İstədiyin məkana get, istədiyini et” iddiasının mükəmməl təcəssümüdür. 200 AG və 460 Nm fırlanma momenti təqdim edən 2.8 turbo dizel mühərriki ilə təchiz olunmuş bu avtomobil yarı zamanda dörd təkər idarəetməsi, aşağı ötürmə diapazonu və ən çətin yollardan keçilməsinə və fırlanma momentinin dörd təkərə bərabər paylanmasına imkan verən Tru-Lock ön və arxa diferensiallı elektron kilidləmə ilə əfsanəvi yolsuzluq imkanlarına sahibdir.

Medium SUV Cherokee avtomobili bu yaxınlarda yenilənib və bütün yollardan rahat keçmək üçün dizayn olunub. Innovativ üslub və ənənənin, əfsanəvi 4×4 imkanlarının və texnologiyasının mükəmməl kombinasiyasıdır. 2.2 Multijet 185 və 200 AG mühərriki, 9 sürətli avtomatik transmissiya və innovativ ayrılan arxa körpü ilə təchiz olunması öz seqmenti üçün önəmli bir yenilikdir.

Melfidə (İtaliya) yaradılan və ABŞ da daxil olmaqla dünyanın 100-dən çox ölkəsində satılan yeni Jeep Renegade cəsarətli xarakterə malikdir və həm şəhərdə istifadəsi, həm də yolsuzluq cığırlardan keçilməsi üçün uyğun ölçüdədir. O, sinfinin aparıcı yolsuzluq imkanları, mükəmməl sürücülük dinamikası, eksklüziv doqquz sürətli avtomatik transmissiya, iki sürmə sistemi, tərifə layiq səmərəli yanacaq mühərrikləri və geniş çeşiddə təhlükəsizlik cihazları ilə öyünə bilər. İtalyan ruhuna sahib bu kompakt Jeep SUV avtomobili Avropada öz seqmenti üzrə ən yaxşı satış edənlər siyahısında sürətlə irəliləyir.

Grand Cherokee Jeep brendinin üstünlük simvoludur və güc, üslub, rahat və texnoloji innovasiyanın mükəmməl kombinasiyası ilə ən çox mükafata layiq görülmüş SUV modelidir. Summit versiyası Turində təqdim olunması üçün seçilib. Unikal üsluba malik özəlliklər ilə zəngindir: yüksək yüklü gərginliyə malik adaptiv bi-ksenon faralar, uzadılmış duman işıqlarına malik ön bamper, yeni dördbucaq formalı idman üslubu ilə xrom örtüklü iki səsboğucu və eksklüziv xrom örtüklü alüminiumdan 20 düyümlü iki pilləli dəndənəli disklər. İnteryer Premium Natura-Plus dəri oturacaqların, ön dayaqlarda və damda süni zamşa kənarların və dəri üzlüyü və alət panelində, həmçinin mərkəzi konsolda detalları bəzəyən sim rəngli işləmələrin yüksək keyfiyyəti ilə xarakterizə olunur.

Mopar

Bütün FCA brendlerinin xidmətdə, ehtiyat hissələrdə, aksesuarlarda və müştəri xidmətində müraciət etdiyi MEC, yəni Mopar Express Care Avtomobil Şousunda öz yerini alacaq və nümayişə çıxarılacaq. Fiat Ducatoya əsaslanan bu model qəbul sahəsi, diaqnoz sahəsi və əməliyyat sahəsi ilə həqiqi bir səyyar emalatxana abu-havası yaradan bir avtomobildir. Bundan əlavə, MEC həmçinin ehtiyat hissələrinin, aksesuarların satışı və kommersiya məqsədilə hazırlanıb. Buna Avtomobil Şousu ərzində ehtiyac olmayacaq, çünki Mopar rəsmi Fiat, Alfa Romeo, Lancia, Abarth və Jeep avtomobilləri üçün xüsusi bir məkan hazırlayacaq.
Renegade “Hard Steel” və Wrangler “Stealth” avtomobillərinin iştirakı Jeep ilə əlaqəsini vurğulayacaq, bu iki xüsusi model Jeep brendinin təbii fərdiləşdirmə tendensiyasını nümayiş etdirir. Bu təbiəti ya estetik görünüşü, ya da yolsuzluq ruhunu vurğulayan Mopar aksesuarlarının təklif etdiyi saysız-hesabsız imkanlara çox uyur. Məsələn, Wrangler “Stealth” həm ən çətin yollar üçün uyğun olan yüksək texniki hazırlıq, həm də heç bir detalı şansa buraxmayan estetik hazırlıq təqdim edir.

Renegade “Hard Steel” yeni Renegade avtomobilinə həsr edilən panoramalı görünüşə malik olacaq gələcək Mopar aksesuarları təqdim etməklə yanaşı saysız-hesabsız fərdiləşdirmə imkanları yaradan modelin potensialını üzə çıxarır. Avtomobil şousunun texnoloji aspekti estetik baxımdan aviasiya dünyasından və mütərəqqi dənizçilik tətbiqetmələrindən irəli gələn Cilalanmış Polad örtüklü kuzov konstruksiyası ilə göstərilir. Tam kuzov radiator barmaqlığı, tavan dirəkləri, güzgü qapaqları, 16″ yüngüllehimli disklər, yan bamper zolaqları, kapot üzərindəki hava qəbulediciləri kimi çoxlu sayda elementlərdə istifadə olunan mat qara rəng kontrastı ilə və radiator barmaqlığı və güzgü qapaqları, həmçinin qara mat rəngdə qapı altlığı, ayaqaltılar və dartı qarmağı kimi orijinal Mopar aksesuarları ilə zənginləşdirilib. Bazar günü ayın 14-də hər iki avtomobil “Tribute Parade”da iştirak edəcək.

Şəhər küçələrindən keçən həyəcan dolu parad

Həyəcan dolu sərgi sahəsi ilə yanaşı, ‘Parco Valentino – Avtomobil Şousu Qran Prisi” tədbirində bazar günü ayın 14-də baş tutacaq möhtəşəm ‘Tribute Parade’ ilə həyəcanverici dinamik diapazon zirvəyə qalxacaq. Hər brendin ən öndə gələn modelləri Valentino Parkından Turinin mərkəzindən keçən Reggia di Venaria bağlarınadək 15 km-lik bir yol boyunca parada çıxacaq.

Bu ilk dəfədir ki, baş verir: əvvəllər heç vaxt şəhərin mərkəzində bu qədər böyük bir ölçüdə avtomobil tədbiri baş tutmayıb. İdman avtomobilləri, klassik avtomobillər və cəlbedici avtomobil nişanları hər bir avtomobil istehsalçısını fərəhləndirən və hər birinin ən yaxşı məhsulunun nümayiş olunduğu insanlarla dolu küçələrdə parada çıxacaq.

Şouda açılış 1955-ci ildə Valentino Qran Prisində adı 7-ci (sonuncu) sırada gələn Formula 1 yarışında Alberto Askari tərəfindən idarə edilən Lancia D-50 avtomobili ilə olacaq. Günün ideal avtomobilləri estafeti ələ alacaq: Fiat 500 Vintage ’57 və 500X, Alfa Romeo 4C Coupé və Spider, Abarth 695 Biposto, 595 Competizione Cabrio, Jeep Grand Cherokee (SRT versiyası), Renegade və Wrangler ilə birlikdə 468 HP SUV.

Xüsusilə, sonuncusu Mopar tərəfindən hazırlanmış xüsusi ‘Stealth’ örtüyü ilə idman üslubunu təqdim edəcək. Jeep Wrangler Rubicon ‘Stealth’ yüksək keyfiyyətli hissələrə malikdir: yolsuzluq bamperləri, teksturalı Iron Peltrox pas effekti yaradan rəngi, retro stilli dəri üzlükdən oturacaqlar və komponentlər.

Çempionat laureatı məşhur sərgi

Formula 1, GT-Series, Rally və Sport Prototypes kimi fərqli çempionatlarda adları tanınan avtomobillərin məşhur rəsmi sərgisi ‘Tribute Parade’dan sonra nümayiş olunacaq. ‘Parco Valentino – Avtomobil Şousu & Qran Prisi’ Avropanın İdman Paytaxtı olan Turinin 2015 proqramında əsas hissəsidir və bu sərgi xüsusilə avtoidman mükəmməlliyinin bir neçə məşhur nümunələrindən təşkil olunub.

Ulduzlar arasında Alfa Romeo 155 V6 DTM və Giulia GTAm, Lancia Stratos HF və Fulvia Coupé HF 1.6 Rally, Fiat 131 Abarth Rally və 124 Abarth Rally; Abarth prototipi 695 Gumball və 695 EVO yer alır. Bu avtomobillər bir çox yarışlarda mükafat qazanmışdır və Alfa Romeo, Fiat, Lancia və Abarth markalarının rəqabət nüfuzunun artmasına və gücləndirilməsinə töhfə vermişdir.

Məsələn, Alfa Romeo V6 155 DTM 1993-cü ildə zamanın dünya texnologiya zirvəsi hesab olunan Almaniya Turinq Çempionatında təqdim olundu. O, 420 AG-yə malik V6 2500 sm3 mühərrik ilə təchiz olunub. Nicola Larini və Alessandro Nannini tərəfindən idarə olunan 155 modeli 20 yarışda 12 dəfə qalib gəldi və 1993-cü ildə Larinin çempion olmasına səbəb oldu. 155 modelindən əvvəl Alfa Romeo Giulia GTAm 1970 və 1971-ci illərdə iki dəfə ard-arda Avropa Turinq Çempionatının qalibi oldu.

Yarışlarda Lancia Fulvia Coupé HF və Lancia Stratos qeyri-adi mükafat rekordu ilə öyünə bilər. Birincisi 1972-ci ildə istehsalçıların beynəlxalq çempionatında qalib gəlir və həmin il Monte Karlo Yarışında qalibiyyət qazanmış Sandro Munari tərəfindən idarə edilir. Lancia Stratos bu qalibiyyət ənənəsini davam etdirir və 1974, 1975 və 1976-cı illərdə çempion titulunu əldə edir. Şou zamanı Lancia Alitalianın idman üslubunu əks etdirən bu avtomobil sonuncu qalibiyyətini qazanır.

1977-ci ildə Rally World çempionatında iştirak edən rəsmi avtomobil Fiat 131 Abarth Rally ilə əvəz olunur. İlk seriyanın bu iki qapılı avtomobili iki litrli Fiatdan qaynaqlanan və Abarth tərəfindən təkmilləşdirilən iki paylayıcı vala malik dörd silindrli mühərrik ilə təchiz olunub. Yol versiyası 1995 sm3 həcmə və 140 AG-yə malik olduğu halda, yarış versiyası 235 AG-yədək gücləndirilib. Fiat 131 Abarth Rally Lancia Stratos avtomobilinin hüquqi varisidir və 1977, 1978 və 1980-ci illərdə üç dəfə dünya çempionu olub. Fiat 124 Abarth Rally həmçinin 1972 və 1975-ci illərdə European Rally Çempionatında birinci yerə çıxaraq bir neçə dəfə qalibiyyət əldə edib.

Bu avtomobillərdən bəziləri Abarth 695 EVO və prototipi 695 Gumball ilə birlikdə şəhərin mərkəzi küçələrindən Piazza San Karloyadək uzanan 3 km-lik daha qısa yolda Motorsport bölməsində parada çıxacaq. Keçən il 695 Gumball avtomobili yalnız 120 super avtomobillər üçün təşkil olunan 16-cı müsabiqədənkənar məşhur yarışda “Gumball 3000” görünüşündə iştirak etdi. Yarış tarixində ilk dəfə olaraq rəsmi avtomobil bu şəkildə elan olunurdu: bu alqış görünüşünə görə 1 nömrəli prestijə malik “bu günədək ən sürətli Abarth” üçündür. “Gumball 3000” Dublindən İbizayadək uzanan 3000 millik məsafəni 10 gündən daha az müddətə səyahət etmişdi.

Turin, 8 İyun 2015

Fiat-dan YENİLİKLƏR