Xəbərlər

YENİ AVTOMOBİL SALONUNUN AÇILIŞI

28 January 2017

0B4C0094

27 Yanvar 2017-cı il tarixində Autolux Azərbaycan şirkəti yeni avtomobil salonunun möhtəşəm açılışını keçirib. Yeni salonda FCA (Fiat Chrysler Automobiles) Group-a aid olan bir sıra brendlərin satışı və servis xidmətləri həyata keçiriləcək.

     

Yerləşməsinə görə “FCA Group” sıralamasında dünyada birinci olan 1400 m2-lik diller mərkəzi dizayn tərtibatı baxımından “Group”un bütün tələblərinə və standartlarına uyğun təmir olunub. Burada, təqdim olunmuş markaların ən məşhur, eləcə də ən son modelləri təqdim olunub.

     

     

Yüksək səviyyədə keçirilmiş açılış mərasimində Fiat markasının Fiat 500, Fiat 500 X və Fiat Doblo modelləri nümayiş olunmuşdur. Yaxın gələcəkdə Fiat markasının yeni modellərinin təqdimatı gözlənilir.

     

     

Yay aylarında Autolux Azərbaycan Fiat Tipo modelinin təqdimatını planlaşdırır. Gələn ildə isə 500 L krosoveri də artıq satışda olacaq.

     

     

Fiat-dan YENİLİKLƏR