Fiat və Free2Move Charge ilə hər zaman şarj olunmuş vəziyyətdə qalın

Peşəkar ev şarj cihazı quraşdırma xidməti
Yeni ev şarj cihazınızın peşəkar quraşdırılmasını tam qaydalara uyğun təmin etmək üçün Fiat və Free2move Charge, EV şarj stansiyalarının quraşdırılması üzrə mütəxəssis olan ChargeGuru ilə əməkdaşlıq edir. ChargeGuru, müştərilərin spesifik şarj ehtiyaclarına və quraşdırma yerinin elektrik tələblərinə uyğun fərdi həllər təqdim edir. Sertifikatlı tərəfdaşımız haqqında daha çox öyrənin və ya öhdəliksiz qiymət təklifi üçün bizimlə əlaqə saxlayın.
Qət olunan məsafə və onu dəyişən amillər
Sürət amili
Şosse yolunda sabit sürətlə hərəkət edərkən, tam elektrik avtomobilinin qət olunma məsafəsi WLTP (Worldwide Harmonised Light Vehicles Test Procedure – avtomobillərin yanacaq sərfiyyatını, emissiyalarını və elektrik menzilini ölçmək üçün beynəlxalq standartlaşdırılmış test dövrü) ilə müqayisədə azalır. Şəhər şəraitində isə qət olunam məsafəsi WLTP dövründən daha uzun ola bilər.
Sürüş tərzi
Effektiv sürüş texnikaları enerji sərfiyyatını azaldır,
tək pedal rejimi isə batareyanın ömrünü uzadır və qət olunma məsafəsini 15%-20% artırır.
Kabin temperaturu
Xarici iqlim, isitmə və ya kondisioner mövsümə və kabin temperaturuna bağlı olaraq qət olunma məsafəsini 40%-ə qədər dəyişə bilər. Qət olunma məsafəsini artırmaq üçün şarj zamanı avtomobili əvvəlcədən qızdırın.

eSolution Charging
Elektrik və ya plug-in hibrid avtomobilinizin şarjını həm evdə, həm də yolda idarə etmək üçün həll:
Şarj azadlığı – Evdəki Wallbox və şəbəkəmizdəki şarj nöqtələrini smartfonunuzdan idarə edin.
Şarj tarixi – Şarj sessiyalarınız və ödənişləriniz haqqında bütün məlumatlara çıxış əldə edin.
Şarj sessiyaları – Sessiyanı tam uzaqdan idarə edin, ehtiyacınıza uyğun olaraq başladın və ya dayandırın.