NASAZ KONDİSİONER SİSTEMİ
Aşağıdakı əlamətlər varsa, kondisioner sisteminizin nasaz olduğunu göstərə bilər:
Şüşənin gec buğdan təmizlənməsi – salon filtrinin vəziyyəti yoxlanmalıdır.
Sistemin zəif işləməsi – qaz sızması ola bilər, bu da istilik dövranını poza bilər.
Səs-küylü işləmə – kompressor nasaz ola bilər. Qayışın vəziyyəti yoxlanmalıdır.
Soyuq havanın zəif yayılması – ventilyator (blower) nasaz ola bilər, mütəxəssis tərəfindən yoxlanmalıdır.
Fiat Həmişə Yanınızdadır
Yayda da, qışda da, kondisioneri hər 15 gündə bir dəfə ən azı 10 dəqiqə işlətməyiniz məsləhətdir. Bu, sistemin ömrünü uzadır.
FİLTRASİYA
Fərqli filtrasiya səviyyələri
Fiat 3 növ salon filtri təklif edir* – hər biri fərqli növ çirkləndiricilərə qarşı fərqli səviyyələrdə qoruma təmin edir:
Hissəcik filtrləri
Karbon filtrləri
Anti-allergen filtrləri
Alergiyaya səbəb olan bakteriyaların, mikrobların və xoşagəlməz qoxuların qarşısını almaq üçün salon filtri mütəmadi olaraq dəyişdirilməlidir. Bu, kondisioner sisteminin texniki baxışının bir hissəsi olaraq Fiat mütəxəssisi tərəfindən həyata keçirilməlidir.
Orta hesabla təklif olunan texniki qulluq:
Salon filtrinin dəyişdirilməsi: Hər 15,000 km-dən bir və ya ildə ən azı bir dəfə
Kondisioner sisteminin texniki baxışı: Hər iki ildən bir
Kondisioner quruducusunun dəyişdirilməsi: Hər 4 ildən bir və ya 60,000 – 80,000 km arası
Kompressor yağı: 100,000 km-dən əvvəl tamamlanmalıdır
Salonun mütəmadi təmizlənməsi – mikroblar və qoxuların qarşısını almaq üçün
Ətraflı məlumat üçün rəsmi Fiat texniki xidmətinə müraciət edin.