İZLƏMƏK ÜÇÜN XƏBƏRDARLIQ İŞARƏLƏRİ

Sizin, sərnişinlərinizin və ətrafınızdakı hər kəsin təhlükəsizliyi üçün əyləc sisteminizin tam şəkildə işlək vəziyyətdə olması son dərəcə vacibdir. Əgər əyləc pedalına basdığınız zaman titrəmələr, qəribə səslər və ya həddindən artıq uzun əyləc məsafəsi hiss edirsinizsə, dərhal Fiat rəsmi dilerinə müraciət edin. Fiat texnikimiz əyləclərinizin dəyişdirilməyə ehtiyacı olub-olmadığını yoxlayacaq.

ORJİNAL HİSSƏLƏRİ SEÇİN

Təhlükəsiz və narahatsız sürüş təmin etmək üçün Fiat əyləc disklərini ən son avadanlıq və texnologiyalarla geniş şəkildə sınaqdan keçirir. Bizim orijinal ehtiyat hissələrimiz yüksək keyfiyyətli materiallardan hazırlanır və məhz sizin avtomobiliniz üçün xüsusi dizayn olunur ki, əyləc sistemi düzgün və effektiv şəkildə işləsin.

FIAT MÜTƏXƏSSİSLƏRİ ƏN DOĞRU SEÇİMDİR

Xoşbəxtlikdən, əyləc sistemləri mürəkkəb olsa da, siz və avtomobiliniz üçün lazım olan hər şeyi dəqiq bilən Fiat tərəfindən təsdiqlənmiş rəsmi servis mərkəzlərimiz və dilerlərimiz var. Sertifikatlı ustalarımız köhnəlmiş və ya aşınmış əyləc yastıqları və ya disklərdən, yaxud ümumilikdə düzgün işləməyən sistemdən qaynaqlanan problemləri asanlıqla müəyyən edə bilirlər.