Fiat Yeni 500e ardıcıl üçüncü il “What Car? Electric Car Awards” mükafatında “Ən Yaxşı Kiçik Elektrikli Avtomobil” adına layiq görülüb.
Fiat Yeni 500e “What Car? Electric Car Awards 2023” mükafatında “Ən Yaxşı Kiçik Elektrikli Avtomobil” adına yenidən layiq görülərək bu kateqoriyada ardıcıl üçüncü dəfə qalib olub.
Yeni 500e təsirli məsafəsi, retro ruhunu qoruyan eyni zamanda müasir və cazibədar dizaynı, eləcə də sürüş zamanı bəxş etdiyi dinamik və xoş təcrübə ilə seçilməyə davam edir.
Fiat 500e bu günə qədər 41 mükafat qazanaraq, Fiat tarixində ən çox təltif olunmuş model statusunu da qoruyur.
“What Car?” münsifləri elektrikli 500e modelinin həm xarici, həm də daxili fərqli və retro üslubundan, eləcə də ən son texnologiyanın avtomobilə problemsiz şəkildə inteqrasiyasından yenə də təsirləndilər. Bundan əlavə, Yeni 500e-nin əyləncəli sürüş dinamikası ilə yanaşı, orijinal modelin şəhər üçün uyğun dar dönmə radiusunu və çevik hissiyatını da qoruyub saxladığı xüsusi olaraq vurğulandı.
Olivier Francois, Fiat CEO-su və Stellantis-in Qlobal Marketinq Direktoru:
“Yeni 500e-nin qazandığı mükafatlara heç vaxt öyrəşmirik və hər dəfə yeni bir mükafat almaq bizi qürurlandırır. 500e bu günə qədər 41 mükafatla Fiat tarixinin ən çox təltif olunmuş modeli olub. ‘What Car?’ kimi nüfuzlu bir jurnalın 500e-ni ardıcıl üçüncü dəfə ‘Ən Yaxşı Kiçik Elektrikli Avtomobil’ kimi tanıması bizim ikonaya, onun zamansız dizaynına, brend dəyərinə və bu seqmentdəki texnologiya liderliyinə verilən dəyərin göstəricisidir. Qısaca desək, bu layihənin böyüklüyünü sübut edir. Və ən önəmlisi – bu mükafatın avtomobil mədəniyyəti və avtomobil sevgisi ilə tanınan Birləşmiş Krallıqdan gəlməsi bizim üçün xüsusi bir qürur mənbəyidir.”
Steve Huntingford, “What Car?” baş redaktoru:
“Fiat 500e-nin xarici dizaynı retro cazibəsini müasirliklə uğurla birləşdirir. Eyni zamanda interyeri də öz cazibəsini qoruyaraq, alıcıların gözlədiyi bütün texnoloji avadanlıqlarla təchiz olunub. 500e-nin dar dönmə radiusu və çevik hissiyatı şəhər içi sürüşü həqiqətən də zövqlü edir. Üstəlik, seçdiyimiz versiyanın akkumulyatoru kifayət qədər böyüktür ki, yalnız qısa məsafələrlə məhdudlaşmayasınız.”
Fiat 500e təqdim olunduğu gündən bu günə bir çox nüfuzlu mükafatlara layiq görülüb. Onlar arasında Diesel&EcoCar Magazine tərəfindən verilmiş “Ən Yaxşı Elektrikli Şəhər Avtomobili”, Parkers New Car Awards-da “Ən Yaxşı Kiçik Elektrikli Avtomobil”, Carbuyer Best Car Awards-da “Ən Yaxşı Kiçik Elektrikli Avtomobil”, Auto Express Awards-da “Ən Yaxşı Şəhər Avtomobili” və Autocar Awards-da “Ən Yaxşı Kiçik Avtomobil” mükafatları var.
Turin, 1 sentyabr 2023