ƏFSANƏ DAHA DA BÖYÜYÜR.

Və dəyişir. Yeni 500C modeli kimi: hər zaman maraqlı, indi daha orijinal və hər zamankından daha  parlaq.

GÜMÜŞÜ RƏNGİN MÜKƏMMƏL AHƏNGİ

500 modeli gülümsəyən siması ilə daha çox şeytana bənzəyir. Ön hissə yeni profilləri, yüksək qiymətləndirilmiş bığcıqları və 3 ölçülü radiator barmaqlığını əhatə edən bamperi sayəsində daha da valehedici olmuşdur. Daha cəlbedici, daha pozitiv, hətta daha çoxuna malik 500 modeli. Yeni poli-eliptik faralar yolu işıqlandıraraq qaranlıqda göz qırpırmış kimi görünür. 500 modelinin loqosunun sıfırlarından ilhamlanan LED texnologiyasına malik yeni gündüz faraları qaranlıqda dərhal seçilərək onun simvoluna çevrilir.

QÜSURSUZ DÖNMƏ

500 modelinin qüsursuz profili dəyişməyib, lakin biri 15″ parlaq boz, digəri isə 16″ emal olunmuş mat antrasit olmaqla 2 yeni qiymətli yüngüllehimli disklər ona bir fərqlilik qazandırıb.

Yeni 500 modelinin dizaynı iki yeni gövdə rəngi ilə daha da mükəmməlləşib: parıltılı və parlaq pastel Corallo qırmızısı və incə və zərif Burgundy Aida metal örtüyü.

DAHA DƏBLİ TƏRƏFİ

Yeni 500 modelinin silueti arxa tərəfdən dairəvi ölçüdə olan innovativ siyirmə tavan ilə xaratkerizə olunur. 3 fərqli rəngdədir: fil sümüyü rəngi, qırmızı və qara. Yeni dizayn elementləri duman və arxa işıqların yerləşdiyi bamperi daha da genişləndirən xrom zolağı və ya gövdəni əhatə edərək dayanma işıqlarını, arxa işıqları və indikatorları özündə birləşdirən yeni arxa optik qurğuları kimi hissələrdə gözə çarpır. 500 modeli ona məxsus sonsuz ruhunu itirmədən daim yenilənməsi özəlliyini vurğulayan qeyri-adi və cəsarətli texnologiyaya sahibdir.

FƏRDİLİK VƏ GÖZƏLLİK. MÜKƏMMƏL KOMBİNASİYA.

Xarici dizaynın cəsarətli görünüşü tamamilə yenilənmiş interyerlə birlikdə daha cəlbedici, daha zərif və daha incədir. 500 modeli bir daha yenidən təəccübləndirməyə hazırdır.

MÜKƏMMƏLLİK BİR AKSESUAR DEYİL.

Alətlər panelinin dizaynı yeni daxiletmə texnologiyasını harmonik şəkildə əhatə edərək tamamilə yenidən gözdən keçirilib. Xrom elementləri və daha dairəvi dizayna malik kontrollerləri çox cəlbedicidir.

Lakin yeni 500C sadəcə gözəl deyil, həm də funksionaldır və indi onun alətlər panelində yeni rahat əlcək qutusu, USB/Aux portlarına malik yeni mərkəzi tunel və daha geniş bir stəkanaltı var.

HƏR ŞEY NƏZARƏT ALTINDADIR

Xüsusi dizayna malik yeni sükan xrom elementləri ilə bəzədilib.
İnnovativ 7″ TFT rəqəmsal monitoru idarəetmənizə nəzarət edən zaman sizə sürət yığılması, dövrlər sayğacı, temperatur və sürət dəyişməsini və hərəkətin orta sürətini təklif edən, gedilən yoldan asılı olaraq avtomobilin görünüşünü, həmin an yanacaq sərfiyyatını, məsafəni və s. təyin etməyə imkan verən Sürət Qutusu Göstəricisi kimi lazımi bütün məlumatları saxlamağa imkan verir.

YÜKSƏK DƏBDƏN İLHAMLANAN

Stil, stil, stil və daha çox stil. Yeni 500 modelinin interyeri üçün seçilən yeni materiallar və parçalar birbaşa ən dəbli platformalardan əldə olunub. Budur! Fərqli rənglərdə hazırlanan Glen şotlandka və 60-cı illərin rənglərinə xitab edən klassik toxunuşa malik mavi işləməli qiymətli tünd qırmızı dəri.

DAİM SƏYAHƏT ETMƏLİ...

Arzuladığınız rahatlığı təmin etmək üçün avtomobil daha erqonomik materiallardan hazırlanmış və sərnişinlərin arxa oturacaqlara əyləşməsini sadələşdirmək üçün dizayn olunmuş yeni oturacaqlarla təchiz olunub.

Kömək lazımdır? Bizə yazın