MƏKANIN FƏTHİ
Yığcam xarici ölçülərə malik genişləndirilmiş daxili məkan. Uzunluğu 20 sm artırılaraq iki əlavə sərnişin oturacağı ilə təmin olunub və kateqoriya üzrə ən geniş baqaja malik avtomobildir.
Çevik və hətta yolda mükəmməl idarəetməni təmin edən 500L Living avtomobili ikonik dizaynın və məkanın səmərəli istifadəsinin birlikdə necə mövcud olmasının bariz nümunəsidir: ənənəvi stilin qüsursuz elementləri avtomobili Çox Məqsədli Avtomobil etmək üçün arxa hissənin görünüşünə dəyişiklik edərək ona yeni forma qazandırır. Az maili qabaq şüşə və iki ədəd dönmə yumruğu sərnişinlər üçün məkan və görüntünü artırır və sürücüyə böyük təhlükəsizlik hissi qazandırır. Sürücünü əhatə edən geniş pəncərə məkanı interyeri mükəmməl 500 modeli tərzinə uyğunlaşdıraraq ətrafı geniş şəkildə işıqlandırır və görünməz məntəqələri azaldır.
Yığcam xarici ölçülərə malik genişləndirilmiş daxili məkan. Uzunluğu 20 sm artırılaraq iki əlavə sərnişin oturacağı ilə təmin olunub və kateqoriya üzrə ən geniş baqaja malik avtomobildir.
Elektrik ilə işləyən açılan panoramalı dam 500L avtomobilində səyahət edən hər kəsə kateqoriyası üzrə ən geniş (1.5 m2) görüntünü təqdim edir.
4-ü pastel, digər 4-ü isə metal olan 8 gövdə rəngi qara və ya iki çalarlı bəyaz dam seçimləri ilə mükəmməl şəkildə uyur. Bir neçə gövdə dizaynı kombinasiyaları arasından istədiyinizi seçə bilərsiniz.
Sərnişin məkanına görə bu kateqoriyada ən üst pillədə yer alır və tam təchiz olunmuş, hərtərəfli, geniş və 7 günün 7-sində də yaşanılacaq böyük emosiyalar üçün rahat interyerə malikdir. Heç bir məhdudiyyət yoxdur.
435 sm uzunluqda olan 500L Living modeli hər iki cərgədə orta hündürlüyə malik 2 nəfərin oturması üçün hazırlanmış 3 cərgə və 7 oturacaqdan ibarətdir, üstəlik baqaj üçün də yer var. Bütün bu özəlliklərə malik avtomobil orta ölçülü stansiya vaqonundan 20 sm daha qısadır.
7 rahat oturacaq? Və ya 5 sərnişin və 7 təkərli çamadan? 500L Living avtomobilinin daxili məkanı arzu etdiyiniz kimi dəyərləndirilə bilər. 5 oturacaqlı quruluş daxilində avtomobil həmçinin kateqoriyasının ən geniş baqajını sizlərə təklif edir: 638 litrədək tutum və “Cargo Magic Space” (Sehrli Yük Məkanı) sistemi sayəsində 3 fərqli hündürlükdə quraşdırıla bilən rəf. Modulyar oturacaq tənzimləməsi sayəsində 1704 litrədək baqaj daşınması və ön sərnişin oturacağının 2.6 m-dək arxaya əyilməsi mümkündür.
Oturacaqların üçüncü sırasına daxilolma qarşı tərəfə qatlanan Fold&Tumble oturacaqları ilə daha da asanlaşdırılıb. Bu xüsusiyyəti və birdən çox oturacağı özəlləşdirmə seçimi sayəsində bir oturacaq üçün 1500 fərqli kombinasiya mövcuddur: sərnişin bölməsi bir neçə sadə hərəkətlə rahat salona çevrilə bilər.
500L Living avtomobili daxilində fərqli forma və ölçüyə malik 22-dən az olmayan saxlama bölməsi var: idarəetmə zamanı təhlükə yaratmadan hər şeyi əldə etmək asandır.