O, İLK NÖVBƏDƏ SİZİ DÜŞÜNÜR…
5” rəngli sensor ekranı ilə idarəetmə zamanı telefon, smartfon, radio, media player və MP3playeri qoşmaq indi daha asan və əvvəlkindən daha intiutivdir.
Bluetooth® ilə siz əlinizi sükandan çəkmədən zənglər edə bilər və gələn mesajlara baxa bilərsiniz (uyğun smartfonun olması şərtilə). Səyahətinizi daha da əyləncəli etmək üçün sizin istəyinizi nəzərə alaraq CD playerli radioya həmçinin Rəqəmsal Radio rejimi də daxil edilib, eyni zamanda USB və Aux-In portları vasitəsilə kənar mənbələrdən musiqilər səsləndirə bilərsiniz. Üstəlik innovativ Audio Streaming heç bir kabel ilə qoşulmadan smartfonunuzdan musiqi treklərinə və veb radiolara daxil ola bilər.