FƏRQLİ GÖRÜNÜŞ

500L Trekking avtomobili ənənəvi 500 modelinin cizgilərinə fərqli bir görünüş əlavə edilməsi ilə ərsəyə gətirilib: mükəmməl gəzinti, standart qoruyucuya malik xüsusi bamperlər və görünüşü dəyişdirilmiş bir çox digər detallar. Atlasdan detallar, təmizlənmiş polad işləmələrə, yan altlıqlara və  xüsusi bamperlərə malik yan qoruyucu zolaqlar və palçıqdan qoruyucular. Həmçinin standart 17" emal olunmuş antrasit yüngül lehimli disklərin əlavə olunması da unudulmayıb.

NƏFƏSKƏSİCİ GÖRÜNÜŞ

Elektrik ilə işləyən panoramalı dam 500L avtomobilində səyahət edən hər kəsə kateqoriyası üzrə ən geniş (1.5 m2) görüntünü təqdim edir. İki növü var: açılmayan və açılan dam.

KİÇİK, EYNİ ZAMANDA BÖYÜK

500L Trekking 4.15 m uzunluğu, 1.78 m eni və 1.66 m hündürlüyünə görə rahatlıq konseptini genişləndirir və bir şəhər avtomobilinin asan park edilməsi üstünlüyü ilə bir sərnişin daşıyıcısının məkan və interyer komfortunu birləşdirir.

ENERJİ RƏNGLƏRİ

500L Trekking güclü, dinamik və enerjilidir. Bu səbəbdən də onun sevimli rəngi sarıdır. Lakin digər 9 rəng və bir neçə kombinasiya da sizin heyrətinizə səbəb olacaq.

KOMFORT VƏ MƏKAN

Əyilən və ya qatlanan oturacaqlar ilə siz 2.4 m-dək olan əşyaları daşıya bilərsiniz, bununla yanaşı, 455 l həcmə malik baqaj sizi təəccübləndirəcək: arxa oturacaq qatlandığı zaman baqajın həcmi 1480l olur. İstədiyiniz hər şeyi özünüzlə apararaq 500L Trekking ilə səyahətinizdən zövq ala bilərsiniz.

YOL SİZİNDİR…

Rahat və təhlükəsiz səyahət qış üçün nəzərdə tutulan standart M+S təkərləri ilə mümkündür. Ən çətin yolları asanlıqla fəth edə biləcəksiniz.

XARİCİ MƏKAN VƏ YA DƏBLİ GÖRÜNÜŞ?

500L Trekking modeli tam siz istədiyiniz tərzdədir. Maqnezium oksidindən alınan boz parçadan ibarət daxili interyer və qəhvəyi eko dəri işləmələri ilə açıq hava ovqatını hiss edin və ya qara parçanın ağ eko dəri işləmələri ilə ahənginin dəbli şarmını yaşayın.

Kömək lazımdır? Bizə yazın