SƏYAHƏTƏ DƏVƏT
Uconnect™ sisteminin 5″ və ya 6.5″ sensor ekranı ilə avtomobildə mövcud olan bütün multimedia qurğularını idarə etmək mümkündür: analoq və rəqəmsal radio (DAB) və USB portu və Aux girişi ilə qoşulan əsas qurğular (mediaplayer, iPod, iPhone, smartfon)
6.5″ Uconnect Radio Naviqatoru qabaqcıl yol göstəricisi olan 3D xəritəli peyk naviqatoru və ünvanı səs əmri ilə daxil edən ‘One Shot Voice Destination Entry’ sistemi ilə xarakterizə olunarkən Uconnect Radio Nav 5’’ cihazı TomTom 2.5D naviqatoru təklif edir.
Yeni Uconnect™ LIVE sistemi həmçinin müştərilərə smartfonlarından qoşularaq daxiletmə sistemində bir neçə tətbiqdən istifadə etməyə imkan verir, belə ki, onlar hər zaman dostları ilə Twitter üzərindən əlaqə saxlaya bilir; Deezer vasitəsilə 35 milyon musiqi trekinə və Tune-In ilə yüz min radio stansiyasına qulaq asa bilir; Reuters’dan ən son xəbər yeniliklərini və TomTom LIVE xidmətləri sayəsində yol, sürət kameraları və hava ilə bağlı məlumatları əldə edir.
Və bu hamısı deyil: siz öz sürücülük tərzinizi eco:Drive™ ilə təkmilləşdirə bilərsiniz, belə ki, siz yanacağa qənaət etmiş olar və real vaxtda avtomobilin CO2 emissiyasını yoxlaya bilərsiniz.
Və siz my:Car sistemi ilə avtomobilinizi izləyə bilərsiniz: o, sizə harada park edilməsini xatırladacaq, yanacaq səviyyəsi və avtomobilin hər hansı nasazlığı barədə məlumat verəcək.