NƏFƏSKƏSİCİ GÖRÜNÜŞ
Panoramalı dam 500L avtomobilində səyahət edən hər kəsə kateqoriyası üzrə ən geniş (1.5 m2) görüntünü təqdim edir. İki növü var: açılan və ya açılmayan dam
500 modelinin ənənəvi dizaynına komfort da əlavə edərək yaradılmış 500L modeli qoruyucu özəlliklərə sahibdir. Az maili qabaq şüşə və iki ədəd dönmə yumruğu sərnişinlər üçün məkan və görüntünü artırır və sürücüyə böyük təhlükəsizlik hissi qazandırır. Sürücünü əhatə edən geniş pəncərə məkanı interyeri mükəmməl 500 modeli tərzinə uyğunlaşdıraraq ətrafı geniş şəkildə işıqlandırır və görünməz məntəqələri azaldır.
Panoramalı dam 500L avtomobilində səyahət edən hər kəsə kateqoriyası üzrə ən geniş (1.5 m2) görüntünü təqdim edir. İki növü var: açılan və ya açılmayan dam
500L 4.15 m uzunluğu, 1.78 m eni və 1.66 m hündürlüyünə görə rahatlıq konseptini genişləndirir və bir şəhər avtomobilinin asan park edilməsi üstünlüyü ilə bir sərnişin daşıyıcısının məkan və interyer komfortunu birləşdirir.
500L həqiqətən unikal bir modeldir. 10 gövdə rəngi, dam üçün 2, disklər üçün isə 3 fərqli rəngi ilə 500L modeli kateqoriyası üzrə digərlərindən daha çox fərdiləşdirmə texnologiyaları təklif edən avtomobildir. Təəccüblənməyin, bu avtomobil bütün bu özəllikləri ilə birlikdə bir 500 modelidir.
500L avtomobilinin özəllikləri bunlardır: hər zaman pozitiv, gülərüz və hər kəsi qarşılamağa hazır, rahat. 3.17 m3 daxili məkanı ilə tam sərbəstlikdən zövq alın.
Hər 500L oturacağı ümumilikdə 1500-dən çox mümkün kombinasiya üçün 8 fərqli tərzdə quraşdırıla bilər. Ön və arxa sərnişin oturacağı qatlandıqda masa şəklini alır və sadə bir jestlə oturacağı qarşıya qatlaya bilən “fold & tumble” funksiyası sayəsində arxa oturacaqlar uzunluq ölçüsünün tənzimlənməsi ilə yanaşı ayrıla da bilir. Beləliklə, sizin avtomobilin uzunluğunu tam əhatə edən düz səthə malik yükləmə platformanız olacaq. 455l-lik baqaj bölməsinin həcmi arxa oturacağın qatlanması ilə 1480l-dək çata bilir.
22 konteyner bölməsinə malik 500L modeli ehtiyacınız olan hər şeyə əlinizin çatmasını təmin edir. İstər bir dizüstü kompüter, istərsə də telefon olsun, bir şüşə su və ya çətir olsun, 500L modelində hər şey və hər kəs üçün yer var.