GƏLƏCƏYİN MƏKANI

Sizin üçün xüsusi hazırlanmış məkan yeni texnoloji və təhlükəsiz konsept əsasında yaradılıb. 500L bütün bu özəllikləri ilə sizə zəmanət verə bilən bir avtomobildir. Və gələcəkdə də baş verə biləcək hər hansı bir vəziyyətin öhdəsindən gələ biləndir.

SƏYAHƏTƏ DƏVƏT

Uconnect™ sisteminin 5″ və ya 6.5″ sensor ekranı ilə avtomobildə mövcud olan bütün multimedia qurğularını idarə etmək mümkündür: analoq və rəqəmsal radio (DAB) və USB portu və Aux girişi ilə qoşulan əsas qurğular (mediaplayer, iPod, iPhone, smartfon)

Yeni Uconnect™ LIVE sistemi həmçinin müştərilərə smartfonlarından qoşularaq daxiletmə sistemində bir neçə tətbiqdən istifadə etməyə imkan verir, belə ki, onlar hər zaman dostları ilə Twitter üzərindən əlaqə saxlaya bilir; Deezer vasitəsilə 35 milyon musiqi trekinə və Tune-In ilə yüz min radio stansiyasına qulaq asa bilir; Reuters’dan ən son xəbər yeniliklərini və TomTom LIVE xidmətləri sayəsində yol, sürət kameraları və hava ilə bağlı məlumatları əldə edir.

Və bu hamısı deyil: siz öz sürücülük tərzinizi eco:Drive™ ilə təkmilləşdirə bilərsiniz, belə ki, siz yanacağa qənaət etmiş olar və real vaxtda avtomobilin CO2 emissiyasını yoxlaya bilərsiniz. Və siz my:Car sistemi ilə avtomobilinizi izləyə bilərsiniz: o, sizə harada park edilməsini xatırladacaq, yanacaq səviyyəsi və avtomobilin hər hansı nasazlığı barədə məlumat verəcək.

O, İLK NÖVBƏDƏ SİZİ DÜŞÜNÜR…

5” rəngli sensor ekranı ilə idarəetmə zamanı telefon, smartfon, radio, media player və MP3playeri qoşmaq indi daha asan və əvvəlkindən daha intiutivdir.
Bluetooth® ilə siz əlinizi sükandan çəkmədən zənglər edə bilər və gələn mesajlara baxa bilərsiniz (uyğun smartfonun olması şərtilə). Səyahətinizi daha da əyləncəli etmək üçün sizin istəyinizi nəzərə alaraq CD playerli radioya həmçinin Rəqəmsal Radio rejimi də daxil edilib, eyni zamanda USB və Aux-In portları vasitəsilə kənar mənbələrdən musiqilər səsləndirə bilərsiniz. Üstəlik innovativ Audio Streaming heç bir kabel ilə qoşulmadan smartfonunuzdan musiqi treklərinə və veb radiolara daxil ola bilər.

EKO SÜRÜCÜ OL

Yanacaq sərfiyyatını və müvafiq xərcləri 16%-dək azaltmaq istəyirsiniz? Fiat 500L Living modelinin eco:Drive LIVE (eko Sürücü) xidməti ilə bunu necə edəcəyinizi öyrənin. Hər dəfə siz sükan arxasına keçdikdə, tətbiq sizin hərəkətinizi qeydə alır və UconnectTM 5” Radio monitorunda eco:Index (eko İndeks) nümayiş etdirir. Sistem səhvlərinizi düzəltmək və sürücülük tərzinizi daha da təkmilləşdirmək üçün real vaxt ərzində sizə təlimatlar verir. Təlimin sonunda siz eco:Ville (eko Kənd) icmasına qoşulmağa hazır olacaq və nəticələrinizi Facebook və Twitter şəbəkələrində paylaşa biləcəksiniz.

FƏRQLİ MELODİYA

500L avtomobilində siz istədiyiniz bütün musiqiləri dinləyə bilərsiniz: sizə məxsus MP3 playerdən, smartfondan və ya bir USB flaş diskdən. Və siz bunu sükan üzərindəki idarəetmə panelindən asanlıqla seçə bilərsiniz. Bundan başqa, Beats Audio ilə birlikdə inkişaf etdirilən yeni premium hi-fi sistemi təmiz, yüksək keyfiyyətli səs yaradan qabaqcıl ekvalayzer alqoritmdən istifadə edir. Ön və arxa qapılarda yerləşən 6 səs ucaldıcı, baqaj hissədəki 1 sabvufer və 8 kanallı rəqəmsal gücləndirici vasitəsilə yeni səs sistemi 520 W ümumi güc təqdim edir.

O, AİLƏNİZİN QAYĞISINA NECƏ QALACAĞINI BİLİR

Standart avadanlıq ən yüksək səviyyədə aktiv və passiv təhlükəsizlik təmin edir. 7-yədək təhlükəsizlik balışı, B.A.S. (Əyləcə Kömək Sistemi) sistemli ABS (Bloklanma Əleyhinə Əyləc Sistemi) və sürətlənmə və yavaşlama zamanı sürüşməyə qarşı tənzimləmə funksiyası olan ASR/MSR sistemlərini özündə birləşdirən mükəmməl ESC (Elektron Sabitliyə Nəzarət) sistemi mövcuddur. Yoxuşa çıxmanı sadələşdirən Hill Holder (Yoxuşa Qalxma Köməkçisi), sürmə təhlükəsizliyini və idarəetmə performansını artıran DST aktiv sükan idarəetməsi, eyni zamanda ERM (Aşma Təhlükəsini Azaldan Elektron Sistem) sistemlərinə malikdir. Yolda səyahətinizi daha təhlükəsiz etmək üçün City Brake Control (Şəhər Yollarında Əyləcə Nəzarət sistemi) (istəyə əsasən əlçatandır) cihazı quraşdırılıb. Bu cihaz digər avtomobillərin və ya maneələrin olmasını müəyyən edir və toqquşmanın qarşısını almaq və ya onun nəticələrini azaltmaq üçün avtomatik olaraq əyləcləmə həyata keçirir.