EKSPRESSİVLİK

500X modeli 500 modelini bütün dünyaya tanınan özəlliklər daşıyır. Bir baxış kifayət edir ki, ona tarixi modelindən miras qalan özəlliklər ortaya çıxsın: dairəvi ikiqat faralar, trapesiya formalı irəli çıxan kapot, hər iki tərəfində FIAT loqosu olan xrom “qanadlar” və ön tərəfi gülümsəyən simaya bənzədən hava qəbulediciləri. Arxa tərəfdə parlayan halqa ilə əhatə olunmuş ayrı işıq bölmələri, dairəvi arxa pəncərə, FIAT loqosu və xrom qapı dəstəyi. Bu gün 500X modeli onun özəlliyini vurğulayan xrom detallar sayəsində aldığı daha çox metropolitan və dəbli görkəmi ilə City Look (Şəhər Görünüşü) versiyasında da mövcuddur.

ÖN İŞIQLAR

DRL gündüz faralarından və döngələri aydınlatma funksiyasına malik duman işıqlarından ibarət ikiqat ön faralar onun öndən dərhal tanınmasını təmin edən 500 ailəsinə məxsus təkrarlanan üslub elementidir.

TƏKƏRLƏR

500X Şəhər Görünüşü modeli üçün mövcud olan yüngül lehimli disklər geniş çeşidə malikdir. Ən sonuncusu 18” parlaq boz təkərlər olmaqla 16″ parlaq antrasit örtüklü yüngül lehimli disklərə, 17″ mat boz rəngli yüngül lehimli disklərə, 17” qara mat antrasit örtüklü yüngül lehimli disklərə əlavə olunan 16″ parlaq boz təkər topu. Bunlardan ən dəblisi və qiymətlisi parlaq boz və ya mat antrasit örtüklü 18″ disklərdir.

RƏNGLİ ARXA PƏNCƏRƏLƏR

Sərnişinlərin gizliliyinə zəmanət verir və Fiat 500X modelinin üslubunu daha da eksklüziv edir.

EKSTRA KOMFORT

Fiat 500X modelinin keyfiyyəti ilk baxışda hiss olunur. Mükəmməl şəkildə emal olunmuş yumşaq materiallar, yarımdairəvi üç ölçülü alətlər paneli, mərkəzi transmissiya tuneli üzərindəki işləmələr və Karbon görünümlü və ya cilalanmış alüminium örtüklü qapı panelləri. Iki çalarda qara rəng/boz və ya qara/qırmızı texniki parça ilə əhatə olunmuş geniş və böyük oturacaqlar ideal rahatlıq təmin edir. Oturacaq kənarları xüsusi materiallardan istifadə edilmiş detallarla bəzədilib və mərkəzi hissə “prêt-à-porter” və eko dəri işləməli elektriklə qaynaq olunmuş parçadan ibarətdir. Xüsusi ətrafı işıqlandırma sistemi daxili məkanı daha da xoş edərək unikal atmosfer yaradır.

SÜKAN VƏ ALƏT PANELİ

Quraşdırılmış idman üslublu sükan mükəmməl tutacaq və ələ ideal uyğunlaşma təmin edir. Üç dairəvi elementə malik daxili cihazlar tarixi 500 modelini xatırladan özəlliklərdəndir. Ən cəlbedicisi sadə və ani üsulla sürücünü lazımi bütün məlumatlar ilə təmin edən və fərdiləşdirmə üçün bir çox imkanlar təklif edən 3,5” TFT monitorudur.

MƏRKƏZİ TRANSMİSSİYA TUNELİ

Emal olunmuş Karbon görünümlü və cilalanmış alüminium örtüklü tuneldə Mood Selector™ nəzarət sistemi və ənənəvi “əl əyləci”ni əvəz edən elektrik park əyləci üçün kontrollerlər yerləşdirilib.

SAXLAMA BÖLÜMÜ

Fiat 500X avtomobili həmçinin sərnişin bölümündə yerləşdirilmiş fərqli saxlama bölümləri sayəsində optimal funksionallıq təmin edir:

Dörd geniş qapı cibi, ön aşağı paneldə böyük bağlana bilən və sərnişin oturacağı qarşısındakı rəngli zolaqdan hazırlanmış siyirmə, həmçinin mərkəzi transmissiya tuneli üzərində yerləşən iki stəkanaltı.

ELEKTRİKLİ ÖN OTURACAQ

Tam rahat şəkildə səyahət etmək üçün sürücü oturacağı hündürlüyə, irəli və arxa vəziyyətə və maililik bucağına görə tənzimlənir.

YÜK BAQAJI

Geniş və dəyişə bilən 350 litr tutum həcmi arxa oturacağın tam aşağı endirilməsi sayəsində 1000 litrədək arta bilir. O, çevrilə bilən və hündürlüyə görə tənzimlənən, çıxarılması mümkün yük yatağı ilə təchiz olunub.

Dartma gücü
1200 kq-dək maksimum (əyləcləmə) dartma gücü