EKSTRAVERTLİK

500X idarəetməni daha əyləncəli edən və avtomobildə həyatı daha da asanlaşdıran texnologiya ilə rahat və mükəmməl səyahət deməkdir.

HƏRƏKƏT REJİMİNİN SELEKTORU

Mərkəzi transmissiya tunelində yerləşdirilmiş əmrdən istifadə etməklə hər kəs 3 mövcud rejimdən birini seçə bilər – Auto, Sport, All-Weather – bu rejimlər sürücülük dinamikasını avtomobilin hərəkətinə uyğunlaşdırmaqla optimallaşdırır.

MƏLUMAT VƏ ƏYLƏNCƏ SİSTEMİ

Salonda sizin üçün sürət dəyişdirici qol, Nəzarətsiz Bluetooth®  və eco: Drive™ funksiyası ilə birgə Audio streaming, eyni zamanda Uconnect™ məlumat-əyləncə sistemi var.

Uconnect™ sisteminin 5″ və ya 6.5″ sensor ekranı ilə avtomobildə mövcud olan bütün multimedia qurğularını idarə etmək mümkündür: analoq və rəqəmsal radio (DAB) və USB portu və Aux girişi ilə qoşulan əsas qurğular (mediaplayer, iPod, iPhone, smartfon).

6.5″ Uconnect Radio Naviqatoru qabaqcıl yol göstəricisi olan 3D xəritəli peyk naviqatoru və ünvanı səs əmri ilə daxil edən ‘One Shot Voice Destination Entry’ sistemilə xarakterizə olunarkən Uconnect Radio Nav 5’ cihazı TomTom 2.5D naviqatoru təklif edir.

Yeni Uconnect™ LIVE sistemi həmçinin müştərilərə smartfonlarından qoşularaq daxiletmə sistemində bir neçə tətbiqdən istifadə etməyə imkan verir, belə ki, onlar hər zaman dostları ilə Twitter üzərindən əlaqə saxlaya bilir; Deezer vasitəsilə 35 milyon musiqi trekinə və Tune-In ilə yüz min radio stansiyasına qulaq asa bilir; Reuters’dan ən son xəbər yeniliklərini və TomTom LIVE xidmətləri sayəsində yol, sürət kameraları və hava ilə bağlı məlumatları əldə edir.

Və bu hamısı deyil: siz öz sürücülük tərzinizi eco: Drive™ ilə təkmilləşdirə bilərsiniz, belə ki, siz yanacağa qənaət etmiş olar və real vaxtda avtomobilin CO2 emissiyasını yoxlaya bilərsiniz. Və siz my: Car sistemi ilə avtomobilinizi izləyə bilərsiniz: o, sizə harada park edilməsini xatırladacaq, yanacaq səviyyəsi və avtomobilin hər hansı nasazlığı barədə məlumat verəcək.

QEYRİ-ADİLİK

500X modeli ilə siz 6 təhlükəsizlik balışı ilə yanaşı Bi-Xenon faraları, ESC (Elektron Sabitliyə Nəzarət) sistemi3 fərqli təhlükəsizlik sistemi də daxil olmaqla geniş təhlükəsizlik özəllikləri sayəsində tam arxayın və rahat şəkildə səyahətinizdən zövq alacaqsınız.

ƏYLƏCƏ NƏZARƏT

Radiolokasiyaya həssaslıq

Əgər sistem sizin 500x avtomobili ilə qarşıdakı avtomobil arasında böyük sürət fərqi müəyyən edərsə, eyni zamanda baş verə biləcək qəzanın qarşısını vaxtında almaq üçün sizi radiolokasiya və video sensorlar vasitəsilə xəbərdar edəcək. Əgər siz bəzi səbəblərdən dolayı tədbir görə bilməsəniz, sistem özü avtomatik olaraq əyləcləmə sistemini işə salacaq.

GÖRÜNMƏZ ZONALARA NƏZARƏT

Ümumi görünüm üçün

“Görünməz zonalar” daha problem deyil, çünki sistem ən kəskin ərazilərdə belə avtomobilin yerini təyin edə bilir və arxaya baxan güzgülər üzərindəki yanıb-sönən işıq vasitəsilə sizə xəbərdarlıq edir. Eynisi geri dönərkən yan tərəfdən bir avtomobilin yaxınlaşması halında da baş verir.

ZOLAQ KÖMƏKÇİSİ

Düzgün zolağı saxlamaq üçün

Əgər səhvən başqa zolağa keçməyə başlasanız(indikatorlardan istifadə etmədən), bu sistem özü işə düşür. Alət paneli üzərindəki görmə indikatoru idarəetmənin istiqamətin dəyişməsinə səbəb olan böyük müqaviməti ilə müşayiət olunur.