EKSPRESSİVLİK

Cəsur ruh və zəngin ürək. Bu, real olaraq  fərqli və güclü bir görünüş axtaranlar üçün ideal harmoniyadır: qoruyucu sipərə malik yolsuzluq görünüşlü bamper, xüsusi hazırlanmış təkərlər, mat xrom örtüklü xarici detallar və dam baqaj dirəkləri ilə təchiz olunub. Onun xarakterini tam ifadə etmək üçün Fiat 500X modeli 12 fərqli rəngdə təqdim olunur: 4 pastel tonu, 5 metal örtüyü, 1 mat – Cəlbedici Tunc rəngi – və 2 üç qatlı – Amore Qırmızısı və Amalfi Sarısı – bunlar fərdiləşdirmə üçün geniş imkanlar yaradır.

MAT XROM DETALLAR

Qapı tutacaqları və xarici profillər Fiat 500X Cross modelinin möhkəmlik və yolsuzluq xarakterini daha da güclü əks etdirir.

DAM BAQAJ DİRƏKLƏRİ

Xüsusi örtüyə malikdir.

TƏKƏRLƏR

500X Off-Road Look modeli üçün mövcud olan yüngül lehimli disklər geniş çeşidə malikdir. 17″ antrasit örtüklü mat boz yüngül lehimli disklərdən tutmuş 18″ iki çalarlı antrasit örtüyə malik mat boz yüngül lehimli disklərə 18″ mat antrasit örtüklü yüngül lehimli disklərədək.

EKSTRA KOMFORT

Klas idman avtomobili 500X Off-Road Look sərnişinlərin necə qayğısına qalacağını bilir. Bu, daha texniki məkana sahib olması ilə fərqlənən sərnişin bölümləridir: transmissiya tunelinin yuxarı hissəsiqapı paneli profilləri cilalanmış alüminium örtüyə malik olarkən, teksturalı alət paneli işləməsi mat və üç ölçülü effekt yaradan tökmə çuqunu xatırladır. Daxili məkan dostlarınızı qarşılayacaq, eyni zamanda sevimli əşyalarınızı və baqajınızı yerləşdirəcək qədər genişdir. Xüsusi ətrafı işıqlandırma sistemi daxili məkanı daha da xoş edərək unikal atmosfer yaradır.

SÜKAN VƏ ALƏT PANELİ

Quraşdırılmış idman üslublu sükan mükəmməl tutacaq və ələ ideal uyğunlaşma təmin edir. Üç dairəvi elementə malik daxili cihazlar tarixi 500 modelini xatırladan özəlliklərdəndir. Ən cəlbedicisi sadə və ani üsulla sürücünü lazımi bütün məlumatlar ilə təmin edən və fərdiləşdirmə üçün bir çox imkanlar təklif edən 3,5” TFT monitorudur.

MƏRKƏZİ TRANSMİSSİYA TUNELİ

Emal olunmuş və cilalanmış alüminium örtüklü tuneldə Mood Selector™ nəzarət sistemi və ənənəvi “əl əyləci”ni əvəz edən elektrik park əyləci üçün kontroller yerləşdirilib: istifadəsi asandır, oturacaqlar arasında məkanı boş saxlayır.

SAXLAMA BÖLÜMÜ

Fiat 500X avtomobili həmçinin sərnişin bölümündə yerləşdirilmiş fərqli saxlama bölümləri sayəsində optimal funksionallıq təmin edir:

Dörd geniş qapı cibi, ön aşağı paneldə böyük bağlana bilən və sərnişin oturacağı qarşısındakı rəngli zolaqdan hazırlanmış siyirmə, həmçinin mərkəzi transmissiya tuneli üzərində yerləşən iki stəkanaltı.

YÜK BAQAJI

Geniş və dəyişə bilən 350 litr tutum həcmi arxa oturacağın tam aşağı endirilməsi sayəsində 1000 litrədək arta bilir. O, çevrilə bilən və hündürlüyə görə tənzimlənən, çıxarılması mümkün yük yatağı ilə təchiz olunub.

Kömək lazımdır? Bizə yazın