SOSİALDIR. LAKİN DAVAMÇI DEYİL.

Yeni 500 model avtomobilini önəmli edən tək şey idarəetmə həzzini yaşatmasıdır. Bu səbəbdən, o, sükan üzərindəki idarəetmə paneli, Nəzarətsiz Bluetooth® funksiyası və Bluetooth Audio streaming, eco:Drive, Blue&MeTomTom 2 LIVE funksiyaları ilə yanaşı Uconnect™ onlayn informasiya sistemi kimi ən qabaqcıl təhlükəsizlik və məlumat-əyləncə sistemləri ilə təchiz olunub.

QORUYUCU RUHU

Yeni 500 modelində siz yeni əyləc sistemi (1.2 mühərrikləri üzərində) ilə yanaşı ən yaxşı mühafizə sistemlərinə də tam güvənə bilərsiniz: 7 təhlükəsizlik balışı, ABS (Bloklanmaya Qarşı Əyləc Sistemi) + EBD (Elektron Əyləc Gücünün Paylanması) ilə siz anidən dayanma zamanı nəzarəti itirməyəcəksiniz, çətin yollarda istiqamətinizi saxlayan və yoxuşa qalxmanı daha da asanlaşdıran ESC (Elektron Sabitliyə Nəzarət) +Hill Holder (Yoxuşa Qalxma Köməkçisi), ani əyləcləməni daha effektiv edən HBA (Hidravlik Əyləc Yardımcısı) və anidən dayanmaq məcburiyyətində qalsanız qəza işıq siqnalını dərhal yandıran Hazard Device (Təhlükə Xəbərdarlıq Qurğusu) kimi sistemləri özündə birləşdirir. DRL-ə sahib ellipsoid faralar LED texnologiyası sayəsində maksimum görünməni təmin edir.