DÖRD TƏKƏRLİ EVİNİZ

Yolda və gündəlik həyatda səyahət təcrübənizi mümkün qədər maraqlı və rahat edən hər şeyin əhatənizdə olmasına imkan verin.

AÇARSIZ GİRİŞ

Freemont həyatınızı daha da sadələşdirmək üçün dizayn olunub: sərnişin bölümünü və baqajı açmaq üçün sadəcə cibinizdəki və ya çantanızdakı açarlar ilə avtomobilə yaxınlaşın.

RADİO QURĞUSU

Bluetooth bağlantısı sayəsində dinlədiyiniz musiqi treki barədə məlumat almaq üçün monitordan istifadə edin, temperatura nəzarət edin, naviqasiya sistemindən istifadə edin.

GARMIN NAVİQASİYA SİSTEMİ

Garmin naviqasiya funksiyaları əlavə bir seçim kimi təklif olunur və məşhur Garmin istifadəçi interfeysi ilə idarə olunan birləşdirilmiş naviqasiya texnologiyasıdır.

ARXA KAMERA

Freemont sizə avtomobil geri döndükdə aktivləşən parketmə sensorları və arxa kamera təklif edir. Arxa kamera avtomobilin arxasında baş verən hər şeyi 8.4″ monitorda göstərir.

UŞAQ OTURACAQLARI VƏ ISOFIX

Freemont uşaqlarınızı qoruyur. Ikinci cərgədə yerləşdirilmiş uşaq oturacağı oturacaq kəmərinin geometriyasını təkmilləşdirərək iki uşağın rahat oturmasını təmin edir (15-36 kq arasında).

Daha gənc sərnişinlər üçün oturacaq aksesuarları sizə kənar oturacaqlarda iki uşaq oturacağı və ya ortada bir uşaq oturacağı quraşdırmanıza imkan verən Isofix aksesuarlarının üçüncü seriyası ilə təmin edilir.

AWD: ALL WHEEL DRIVE

Bütün modellərdə əlavə seçim kimi mövcud olan AWD all-wheel drive sistemi ilə Freemont sizə tam rahatlıq və təhlükəsizlik ilə yanaşı daha çox sərbəstlik imkanı da verir. Elektron idarəetmə bloku pedal datçikin köməyi ilə 4 təkərin yer ilə təmasına nəzarət edir və dartma gücünün arxaya ötürülməsi zamanına qərar verir. Yola tutunmanın aşağı olması hallarında AWD sistemi daha böyük dartma qüvvəsi təmin edir, bu da səfərlər üçün məhdudiyyət yaratmır və asfalt səthlərdə kəskin sürətlənmə zamanı bu sistem əlavə dartma qüvvəsindən yararlanmağa və döngələrdə təhlükəsizliyin artmasına imkan verir.

PREMİUM TƏHLÜKƏSİZLİK XƏBƏRDARLIQ SİQNALI

Tam mühafizə üçün siz öz Freemont avtomobilinizə pəncərəni qıraraq içəri daxil olma cəhdlərini müşahidə edən təhlükəsizlik xəbərdarlıq siqnalı quraşdıra bilərsiniz.

5 ULDUZLU SƏYAHƏT (EURO NCAP)

Freemont daxilində təhlükəsizlik əlavə bir seçim deyil. 2011 Euro NCAP qəza test sessiyası dövründə qazandığı 5 ulduz sizin və sərnişinlərinizin təhlükəsizliyinə zəmanət vermə öhdəliyini nümayiş etdirir.

Kömək lazımdır? Bizə yazın