HƏR ŞEYİN MÜKƏMMƏLİ

Ekstremal bacarıq. Geniş texnologiya. Mükəmməl təhlükəsizlik. Yeni Panda 4×4 hər şeyə hazırdır.

ZİRVƏYƏ YÜKSƏL

Yeni Panda 4×4 tam ötürmə təklif edən yeganə şəhər avtomobilidir. O, eyni zövqlə dağ yollarından və sıx və səs-küylü şəhər cəngəlliklərindən cəsarətlə keçməyə hazırdır. Onun sirri nədədir? İki diferensialdan, üstəlik dartma qüvvəsini iki milə bərabər və mütənasib şəkildə paylayan elektron idarəetməli muftadan istifadə edən ani tam ötürmə sistemində. Yeni Panda 4×4 əsl yolsuzluq performansına zəmanət verir və Diferensiallı Kilidləmə Sisteminin təmin etdiyi funksiya sayəsində ən çətin yollardan asanlıqla keçə bilir. Sadəcə sizin macəra hissiniz məhduddur.

BİR DÜYMƏ TOXUNUŞU

Hərəkət çətinləşdiyi zaman yeni Panda 4×4 yenə öz yoluna davam edir. Səthlə təmasın aşağı və ya çox olması hallarında ELD (Diferensiallı Elektron Kilidləmə) sistemi sürücü oturacağının rahatlığı üçün işə düşür.

STANDART MÜKƏMMƏL TƏHLÜKƏSİZLİK

Qarşımızdakı yol necə olursa olsun, Panda 4×4 avtomobilinin mükəmməl təhlükəsizlik standartları təmin etdiyindən əmin ola bilərsiniz. ESP şərtlərdən asılı olmayaraq sizin səyahətinizin rahat və son dərəcə sabit keçməsinə imkan verir. Eyni zamanda performans səviyyəsini artıran ABS sistemi hətta qəfil əyləcləmə zamanı avtomobilə tam nəzarətə malik olmanıza imkan verir. Və hər şeydən öncə standart olaraq sürücü ,sərnişin və pəncərə təhlükəsizlik balışları gəlir.
Yeni Panda 4×4 sizi ehtiyac duyduğunuz təhlükəsizliklə və daha çoxu ilə təmin edir.

Kömək lazımdır? Bizə yazın