GEDİLƏN MƏKAN...

Bazarın ən yaxşı texnologiyası və sizə lazım olan təhlükəsizlik. Səyahətiniz burada Punto ilə başlayır.

AŞAĞI EMİSSİYA

Punto ilə idarəetmə eşqinizi alovlandırın, ən aşağı emissiya və yanacaq sərfiyyatı ilə sizə performans və səmərəlilik təklif edən bu silsiləyə malik bütün mühərrikləri kəşf edin .

İŞƏ SAL&DAYANDIR

İşə sal&Dayandır Punto avtomobilinin istehlak xərcləri və sərfiyyatını azaldan ağıllı sistemdir. Necə? Avtomobil hərəkət etmədikdə, növbədə və ya işıqforda dayandıqda mühərriki söndürür və muftalı pedala basan kimi avtomatik olaraq yenidən yanır.

SOSİAL YAŞAYIN

Sadə bir jest sizi dünya ilə əlaqələndirəcək: TripAdvisor ilə yeni marşrutlar kəşf edin. Onun sayəsində məntəqələr barədə məlumat alın. Bu sayt sizə TomTom sisteminin köməyi ilə gedəcəyiniz yolda bələdçilik edəcək.

EKO SÜRÜCÜLÜK

Eco:Drive (Eko Sürücülük) tətbiqi ilə siz xətalarınızı düzəldəcək və sürücülük üslubunuzu təkmilləşdirəcəksiniz. Eco:Drive sizin sürücülüyünüzü yoxlayır və qiymət verir, daha çox diqqət yetirməli olduğunuz nüansları aşkar edir və siz zaman keçdikcə inkişaf etdiyinizi müşahidə edəcəksiniz.

7 TƏHLÜKƏSİZLİK BALIŞI. 7 DƏFƏ DAHA TƏHLÜKƏSİZ
Bu səbəbdəndir ki, Punto 7 təhlükəsizlik balışına malikdir:
2 ön
2 pəncərə
2 yan
1 diz
7 təhlükəsizlik balışı, 7 dəfə daha təhlükəsiz, 7 dəfə daha çox sərbəstlik
* 7 təhlükəsizlik balışı və ESP (Elektron Sabitlik Proqramı) sistemi yerli bazardan asılı olaraq seçim və ya standart şəkildə təqdim oluna bilər.

SÜRƏTƏ NƏZARƏT VƏ DAHA HAMAR PERFORMANS…

Buzlu səth və ya təhlükəli döngə? Bütün modellərdə standart olaraq təklif olunan ABS, həmçinin EBD sistemi ilə Punto sərt əyləcləmə və ya gözlənilməz manevrlər halında yola tutunmanın artmasını təmin edir. Bəs yoxuşa çıxmaq üçün? Bu barədə avtomobiliniz düşünsün: Yoxuşa Qalxam Köməkçisi ilə Punto sürətlənmənizdən asılı olaraq əyləc tətbiq edir və ya buraxır.

ZƏDƏLƏNMƏDƏN QORUYAN SİSTEM

Punto həqiqətən hər şeyi düşünüb. Təhlükəsizliyinizin təmin olunması xüsusiyyətlərinə manevretmə zamanı baş verən qəzalarda zədələnmənin qarşısını almaq üçün başın hərəkətini məhdudlaşdıran qoruyucu başlıqlar da daxildir.

Kömək lazımdır? Bizə yazın