Modelə ümumi baxış

Modelə ümumi baxış

Yeni nəsil mühərriklə əyləncəni iki qat artırın

Grande Panda ilə əyləncənizi iki qat artırmaq imkanı sizdədir! Hibrid versiyada da təqdim olunan model, növbəti nəsil T-Gen3 3 silindrli 1.2L turbo mühərrikə malikdir və birləşmiş gücü 110 AT-dək çatır*. Modellin bütün üstün xüsusiyyətlərini daha yüksək səmərəlilik və performansla kəşf edin.

*100 AT gücündə daxili yanma mühərriki və 28 AT gücündə elektrik mühərrikinin birləşmiş gücü.

Eksteryer & İnteryer

Futuristik dizayn

Grande Panda gələcəyi indiki zamana gətirdi. Praktikliyi ilə tanınan və şəhər mobilliyində əvəzolunmaz yoldaş olan bu model, indi cəsarətli və yeni xarakteri ilə seçilir — cəlbedici həndəsi xətləri və təsir edici işıqlandırma dizaynı ilə.

Təhlükəsizlik

Səfərləriniz üçün tam təchiz olunub

Grande Panda Hybrid səfərləriniz üçün müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Onun təhlükəsizlik texnologiyaları lazım olan anda vizual və səsli xəbərdarlıqlarla hərtərəfli yardım göstərir. ADAS xüsusiyyətləri arasında Aktiv Təhlükəsizlik Əyləci, Zolaqda Saxlama Köməkçisi, Sürücü Diqqətinin Nəzarəti və daha bir çox funksiya yer alır.

Bağlantı və İnformasiya-Əyləncə Texnologiyaları

Dinamik və coşqulu günlər sizi gözləyir

Grande Panda əyləncəniz üçün 10.25'' sensorlu ekrana malikdir – bu ekran vasitəsilə sevdiyiniz musiqiləri dinləyə, həmçinin telefonunuzun bütün funksiyalarını simsiz şəkildə böyük mərkəzi ekranda əks etdirə bilərsiniz. Təcrübənizi avtomobildən kənarda da davam etdirin – Fiat mobil tətbiqini yükləyərək bir sıra bağlantılı xidmətlərdən faydalanın. Qapıların mərkəzi kilidini uzaqdan idarə edin, avtomobilinizi asanlıqla tapmaq üçün onun yerini müəyyənləşdirin və daha çox funksiyadan yararlanın.

Performans

Hibrid təcrübə

Grande Panda Hybrid sizi istənilən yerə rahat aparır. Onun növbəti nəsil T-Gen3 3 silindrli 1.2L turbo mühərriki 48V Li-ion batareyası ilə birlikdə işləyir və birləşmiş gücü 110 AT-ə çatır.* 6 sürətli avtomatik transmissiya ilə cütləşərək səmərəlilik, performans və sürmə zövqünün mükəmməl tarazlığını təmin edir.

*100 AT gücündə daxili yanma mühərriki və 28 AT gücündə elektrik mühərrikinin birləşmiş gücü.